İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimad göstərməyərək, onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu, Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifi vitse-prezident təyin etmişdi. Cavad Zərif ötən ilin avqust ayında da istefa vermişdi. Zərif o zaman prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq, onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifin narazılığına səbəb olmuşdu. Görünür, Zərif hesab edirdi ki, islahatçı prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir.
Zərifin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifi müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq”, - o bildirib.
Bakıda yoxa çıxan 3 rəfiqədən gələn müəmmalı MESAJLAR VƏ ŞƏKİLLƏR - VİDEO
- Lavrov Mirzoyanla danışdı: Sülh müqaviləsi...
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"
- Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto
- Bakı ilə saziş imzalansa da, müşahidəçilər yenə qalacaq
- Deputat: "Boşanmış biri normal məsləhət verə bilməz"
- Ermənistan ordusu hərəkətləndi: hara gedir? – VİDEO
- Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu
- AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək