Fransada baş verən şübhəli ölüm hadisələri bu ölkədə “demokratiya”nın örtükdən başqa bir şey olmadığını və prezident Emmanuel Makronun “ölüm maşınını” işə saldığı fikirlərini ön plana çıxarır. Son dövrlər Fransada bir tendensiya yaranıb: Makrona müxalif mövqedə olan şəxslər müəmmalı şəkildə ölür;
Fransanın birinci xanımı Bricit Makronun cinsiyyətinin dəyişdirildiyi iddiasını irəli sürən məşhur cərrah Fransua Favrın “intiharı” bu hadisələrdən biridir. Onun ölümü bütün diqqəti Makron ailəsinin üzərinə yönəltdi. Bricitin əvvəllər kişi olduğu, daha sonra cərrahi müdaxilə ilə cinsiyyətini dəyişdirdiyi iddiası amerikalı jurnalist Kandas Ounes tərəfindən irəli sürülüb. Bu iddia əvvəllər də gündəmə gəlmişdi, amerikalı jurnalist isə məsələni daha geniş şəkildə araşdırıb və onun “Bricit olmaq” adlı araşdırmasında istinad mənbələrindən biri cərrah Fransua Favr idi. Favr Fransada tibb sahəsi üzrə tanınmış mütəxəssislərdən olub. Makronun arvadının cinsiyyətinin dəyişdirilməsi ilə bağlı yayılan məqalələrdə və verilişlərdə əsas çıxışçılardan biri idi.
İyunun 29-da 58 yaşlı həkim Parisdəki binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb. Məhkəmə-tibbi ekspertiza həkimin intihar etdiyi versiyasını irəli sürüb. Lakin ailəsi bu versiyanı qəbul etmir. Favrın bacısı jurnalsitlərə açıqlamasında qardaşınnı intihara meylli olmadığını deyib. O hesab edir ki, qardaşının ölümü sui-qəsddir və bu, onun Bricit Makronun cinsiyyətini dəyişdirdiyinə dair faktları təqdim edəcəyi müsahibəyə hazırlığından qaynaqlanır.
Fransa prezidenti arvadının sirlərini ortaya çıxaran şəxsin qətl əmrini verib?
Baş verən ölüm faktı Fransada bu sual ətrafında müzakirələri aktuallaşıb.
Ümumiyyətlə, Makronun sui-qəsd əmrləri verdiyi haqda fikirlər aktuallaşıb. Fransada parlamentinin deputatı, sağçı Respublikaçılar partiyasının üzvü Olivye Marleksin evində cəsədinin tapılması da belə fikirləri gücləndirib. Marleks Makronun əsas tənqidçilərindən idi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 54 yaşlı deputat evində asılmış vəziyyətdə tapılıb. Lakin onun intiharı şübhələr doğurub. Çünki deputat Marleks Fransanın sənaeyi siyasətində aparılan araşdırmalarda əsas rolu oynayırdı və o, dəfələrlə Makronu 2014-cü ildə nüvə stansiyaları üçün turbinlərin əsas tədarükçüsü olan Fransa şirkəti “Alstom”un enerji bölməsini ABŞ-ın “General Electric” şirkətinə satmaqda günahlandırıb. Ölən deputat həmçinin iddia edirdi ki, Makron ticarət sövdələşmərində maxinasiyalara yol verib.
Makronun sərt tənqidçisi olan deputatın müəmmalı ölümündə siyasi sui-qəsd versiyası əsas müzakirə mövzularından biridir.
Fransada baş verənlər Rusiya nümunəsini xatırladır. Rusiyada müxalif mövqeyə malik olanların eyni aqibətlə üzləşdiyi və ölümlərinin əsl səbəblərinin gizlədildiyi sirr deyil. Makrona müxalif şəxslərin müəmmalı ölümü də onların “intihar” adı ilə bir-bir aradan götürüldüyü versiyasını önə çıxarır. Bu ölümlər ümumilikdə Fransa demokratiyasının biabırçılığıdır. Fransa ən böyük biabırçılığını məhz Makronun prezidentliyi dövründə yaşayır.
Hakimiyyətə müxalif olanlar aradan götürülür, müxalifətçiər və media təzyiqlə üzləşir, Makronun həyat yoldaşı haqqında araşdırma aparanlar “intihar” edir. Bütün bunlarla yanaşı, həyat yoldaşı Bricitin ictimaiyyət arasında Makrona qarşı nümayişkəranə formada hörmətsizlik etməsi də Fransa prezidentinin biabırçı nüfuzu malik olduğunu təsdiq edir. Vyetnam səfəri zamanı təyyarədən enərkən, həyat yoldaşı Fransa prezidenti kameralar önündə şillələdi. Daha sonra Böyük Britaniyada kral ailəsi ilə gəzinti zamanı Brijit Makrona nümayişkəranə şəkildə hörmətsizlik etdi. Bütün bunlar Makronun Fransanın ən nüfuzsuz prezidenti olduğunu təsdiq edir.
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi
- Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama
- Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri
- Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?
- Şaranın Azərbaycana səfəri başa çatdı
- AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
- İsrail və Suriya Bakıda danışıqlar keçirəcək