Moskva polisi metroda reyd keçirdi, 140 miqrant saxlanıldı

22:00 - 29 Avqust 2026 - GÜNDƏM

 Moskva polisi metroda reyd keçirdi, 140 miqrant saxlanıldı

Moskva metrosunda bir neçə saatlıq axtarış zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiyada miqrasiya qanunvericiliyini pozan təxminən 140 xarici vətəndaşı saxlayıblar. Həbs edilənlərin hamısına qarşı inzibati protokollar tərtib edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, saxlanılanların ölkədən deportasiya edilməsi planlaşdırılır.

Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozanları müəyyən etmək üçün hazırlanmış xüsusi sistemdən istifadə ediblər. Daxili İşlər Nazirliyi oxşar texnologiyaların artıq metroda, hava limanlarında, dəniz limanlarında, dəmir yolu stansiyalarında və digər obyektlərdə istifadə olunduğunu qeyd edib.

Bu cür reydlərin Rusiyanın digər bölgələri də daxil olmaqla, müntəzəm olaraq keçiriləcəyi bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol