Nepalın Bharatpur şəhərində daşqın nəticəsində ölənlərin meyitlərinin saxlanılması üçün yer çatışmazlığı yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, Çitvan dairəsinin inzibati mərkəzi olan Bharatpur daşqın sularının gətirdiyi meyitlərin əsasən çatdırıldığı ərazilərdən biridir. Nepalın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, avqustun 28-dək bölgədə təxminən 220 meyit aşkarlanıb. Lakin Çitvandakı xəstəxanaların morqları cəmi 30 meyit saxlamaq imkanına malikdir.
Bildirilib ki, yerli hakimiyyət orqanları tanınmayan meyitləri dəfn etmək qərarına gəlib. Buna səbəb meyitlərin çürüməsinin ictimai sağlamlıq üçün təhlükə yarada bilməsidir. Dəfndən əvvəl mərhumların DNT nümunələri götürüləcək ki, gələcəkdə yaxınları onları müəyyənləşdirə bilsin.
- Bu ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırıldı
- Krasnodar hava limanı bağlandı
- Rusiyada gəmi saya oturdu
- ABŞ ərzaq böhranı ilə üzləşə bilər - Steir
- Nepalda daha bir çətinlik: Meyitləri saxlamağa yer yoxdur
- Rusiya Ukraynaya görə bu qadağanın müddətini yenə uzatdı
- F-16-lar Trampın səfəri zamanı beş təyyarəni ələ keçirdi
- Burada bir vaxtlar 10 min insan yaşayırdı, indi 216 nəfər qalıb... - Video