İsrail strateji yüksəkliyi ələ keçirdi

00:54 - 4 Sentyabr 2026 - GÜNDƏM

 İsrail strateji yüksəkliyi ələ keçirdi

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı strateji əhəmiyyətli Əli əl-Taher silsiləsi yaxınlığında Hizbullahın yeraltı infrastrukturunu təmizləməyi başa çatdırıb və onu məhv etməyə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

“Son həftələrdə ordu qüvvələri təhlükəsizlik zonasında yerləşən Əli əl-Taher silsiləsi yaxınlığında iki yeraltı tuneli təmizləmək üçün əməliyyatlar keçirib. Hərbçilər həm yerüstü, həm də yeraltı nəzarəti ələ keçirib və ərazini yaraqlılardan təmizləyib: bəziləri məhv edilib, digərləri isə ərazini tərk edib. Yaraqlılardan təmizlənmiş yeraltı infrastrukturu zərərsizləşdirmək əməliyyatı hələ də davam edir”, - deyə bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol