Ukrayna Prezidenti Vladimir Zelenski mühüm danışıqlar ərəfəsində Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa və sükut rejiminə əməl etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, Zelenski bu barədə Teleqram kanalında yazıb.
O bildirib ki, Ukrayna amerikalı qonaqların təhlükəsizliyi üçün hava məkanında hərbi fəaliyyəti tam dayandıracağına zəmanət verib.
Dövlət başçısı eyni addımın Rusiya tərəfindən də atılmasının vacibliyini ifadə edib.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcək.
- Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı
- Cəmi 24 manata bu evlər satışa çıxarıldı
- Zelenskinin ofisində axtarış aparıldı
- Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia...
- İran nəzarətdədir, yaxın zamanda... - Tramp
- Ərdoğan Nəhyanla İranı müzakirə etdi
- Nepalda növbəti təbii fəlakət - Video
- Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı