Beş gün əvvəl Bakıda evdən meyitləri tapılan 4 nəfərin dəqiq nədən öldükləri hələlik məlum deyil. Kirayə qalan şəxslərin dəm qazından boğulduqları ehtimal edilir və məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğunda hələ ki araşdırma davam etdirilir. Azəriqaz İstehsalat Birliyi ölən şəxslərin dəm qazından boğulub-boğulmadıqları barədə sözügedən mənzildə ilkin araşdırma aparıb.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, qurumun şöbə rəisi İlkin Behbudov 4 nəfərin ölü tapıldığı mənzilin qaz sayğacının bloklu vəziyyətdə olduğunu bildirib.
“Ona görə onların dəm qazından boğulma ehtimalı aşağı səviyyədədir. Smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə, yəni qurğudan qaz keçmədiyi məlum olub. Həmin hadisədə dəm qazı ehtimalı reallığa oxşamır. Amma bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılandan sonra qərar qəbul olunacaq. İlkin olaraq dəm qazından boğulma ehtimalı görünmür.
Dekabrın sonundan sayğacda qaz limiti bitdiyinə görə bloklanıb. Mənzil daxilinə isə baxış keçirməyə müvafiq dövlət qurumları tərəfindən şərait yaradılmayıb. 4 nəfərin boğulması onu göstərir ki, bina evi olduğuna görə mənzilin daxilində hər hansı qaz cihazı da olmayıb. Təbii ki, yenə də araşdırma tələb edən bir məsələdir”, - İ.Behbudov deyib.
Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib.
Yanvarın 1-dən 5-nə qədər kirayənişinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.
Vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi