Astması olan insanlar özlərini qorusa, daha yaxşı olar.
Bu sözləri BUTA.TV-a Bakıda iki gündür davam edən tozlu hava ilə bağlı açıqlamasında infeksionist Şakir Səfərov deyib.
“Əslində, tozlu hava nə özü ciddi bir xəstəlik yarada bilər, nə də hansısa xəstəliyi ağırlaşdıra bilər. Fəsadı ancaq müxtəlif allergiyaları olan insanlarda görülə bilər ki, bu da ciddi bir şey deyil. Doğrudur, bəzi xəstəliklər hava yolu ilə də yayıla bilir, amma bu tozlu hava onlardan deyil. Astması olan insanlar isə özlərini qorusa, daha yaxşı olar”, - Ş.Səfərov bildirib.
Qeyd edək ki, Bakıda hazırda tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...