Keşiş Baqrat özü belə bir plan hazırlaya bilməzdi. O, ancaq yürüş başlayacağına qərar verə bilərdi, onu da etdi, sonrakı addımlarını kənardan aldığı təlimatlar əsasında həyata keçirməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə bu gün keçirilən itaətsizlik aksiyası və həbslər barədə haqda qeyd edib.
“Planı tərtib edənlər Ermənistanda qan tökülməsi ssenarisini yazıblar, çünki Baş nazir Nikol Paşinyanı devirmək üçün bütün digər addımlar işə yaramadı. Düşünürlər ki, qan tökülməsi vətəndaş qarşıdurmasını gücləndirəcək və bu, Paşinyanın mövqelərini zəiflədəcək. Ancaq Nikol Paşinyan daxili və xarici qüvvələrin birgə hazırladıqları son planın mahiyyətini anladığından polisə radikalları “tut” əmrini verib”, - o vurğulayıb.
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...
- Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? - Video
- Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?
- Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır
- Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi
- Birbank-la bütün suallara cavab almağın qısa yolu var
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır