ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayenin İrəvana səfəri ABŞ-Ermənistan Strateji Dialoqunun iclası çərçivəsində reallaşır. Görüş 5 apreldə Brüsseldə keçirilən Blinken-Leyen-Paşinyan-Borrell toplantısından sonra ABŞ və Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçməsinin təzahürüdür. Müxtəlif layihələrlə bağlı maliyyə vəsaiti, yardımlar ayrılıb və artıq fəaliyyət başlayıb. Yəni Obrayenin səfəri ABŞ-Ermənistan münasibətlərində böyük hadisədir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyib.
Siyasi şərhçi Ermənistanın artıq böyük güclər arasında geosiyasi mübarizə meydanına çevrildiyini bildirib:
“Əlbəttə ki, baş verənlər regional siyasətə də təsir edir. Çünki hazırda Ermənistan üzərində mübarizə gedir. Bir tərəfdə Qərb, digər tərəfdə Rusiya və İran var. Yaxın vaxtlarda Türkiyə də bu mübarizəyə qoşulacaq. Sözügedən səfərə bu mübarizənin tərkib hissəsi kimi də baxmaq lazımdır. Paşinyan hökuməti onlara bu imkanı yaradır, ABŞ isə fürsətdən məmnuniyyətlə istifadə edir”.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
- Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü - Video
- İsrail Dəməşqin qərbini atəşə tutdu
- Şimali Koreya Yapon dənizinə raket atdı
- Bu, Rusiya ilə müharibə deməkdir - Putin
- Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı
- Əgər Rusiya müharibəni bitirmək istəmirsə... - Zelenski
- Fidan səudiyyəli həmkarı ilə son hücumları müzakirə etdi
- Onlara 5 min dollar veriləcək - Tramp