Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Səudiyyə Ərəbistanının səfirliyi Livanın cənubunda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa çağırır, həmçinin orada olan vətəndaşları dərhal Livan ərazisini tərk etməyə çağırır”, - deyə bildirilib.
Qeyd edək ki, iyunda İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırır.
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...