Rusiya Prezidenti Vladimir Putin Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik teleqramı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbrikləri qəbul edin, Rusiya-İran münasibətləri dostluq və mehriban qonşuluq münasibətləridir, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həlli istiqamətində səyləri səmərəli şəkildə əlaqələndirir”, - teleqramda vurğulanıb.
Putin ümidvar olduğunu bildirib ki, Pezeşkianın fəaliyyəti regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, Rusiya və İran xalqlarının mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, İranda ötən gün keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn azərbaycanlı Məsud Pezeşkianı ilk təbrik edən liderlər Pakistan Baş naziri Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyevdir.
- “Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
- İki maşın toqquşdu, biri yandı: 6 ölü - Foto
- Rus deputat Ukraynanı hədələdi: O gün uzaqda deyil
- Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya
- Mİ5 rəhbəri 11 sentyabrdan yazdı: Növbəti şok fərqli olacaq!
- Putin də getdi, Si isə 400 nəfərlə gəlir - Masada nələr var?
- Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - Video
- Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü - Video