Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılmasını həyata keçirir.
AYNA-dan BUTA.TV-a bildirilib ki, bu təşəbbüs daşıyıcılara səfərlərini planlayan zaman gömrük postundakı mövcud vəziyyətə uyğun addım atmağa imkan yaradır.
Hazırda gömrük-sərhəd məntəqələrində gözləmədə olan yük maşınlarının sayı aşağıdakı kimidir: “Astara” gömrük postunda 23, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 400, “Mazımqara” gömrük postunda 5, “Samur” gömrük postunda 15 yük maşını mövcuddur. “Xanoba” gömrük postunda isə hazırda növbə yoxdur.
Qeyd edək ki, bu məlumatların daşıyıcılara təqdim edilməsi yükdaşımalarının səmərəliliyini artırmağa və gözləmə vaxtlarını azaltmağa kömək edir.
- 9 məntəqəni birləşdirən yol yenidən qurulur - AAYDA
- Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq