Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
"Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.
Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram", - R.T.Ərdoğan vurğulayıb.
- Qurbanovun Elxan Məmmədovu oğlunun toyuna çağırması müzakirə yaratdı
- Prezident onu təltif etdi
- Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...
- Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq
- Fərid Qayıbov yola salınır: Yerinə o gələcək...
- Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - VİDEO
- Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq
- Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan