Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına artıq 3 gün qalıb. Ölkəyə 80 minə yaxın xarici qonaqların gəlişi gözlənilir. Azərbaycan Ermənistanı da bu tədbirə dəvət edib. Lakin İrəvan COP29-da iştirakla bağlı hələ də qərar verə bilməyib. Sual yaranır: Ermənistan nümayəndələri gəlməsələr, bu, irəlidə Bakı-İrəvan münasibətlərini daha da pisləşdirə bilərmi?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, Ermənistanın rəhbərliyi COP29-da mütləq iştirak edəcək. O, Ermənistan tərəfdən kimin gələcəyinin son anda məlum olacağını qeyd edib:
“Hamının zəhləsini tökmüş erməni hökuməti bu tədbirdə iştirak etməklə dünyaya ermənilərinin sülhsevər bir xalq olduğunu, Azərbaycanla barışıq üçün dəridən-qabıqdan çıxdıqlarını göstərmək üçün gələcəklər.
Ermənistan rəhbərliyindən kimin Bakıya gələcəyi son məqamda bəlli olacaq. Şübhə etmirəm ki, Bakıya daha çox Nikol Paşinyan özü gəlmək istəyir. Paşinyanın Azərbaycanla körpülər yaratmaq üçün bu fürsəti əldən verəcəyinə inanmıram. İnandığım budur ki, COP29-da iştirak üçün o özü Bakıya gələcək”.
Sabiq nazir deyib ki, Azərbaycan rəhbərliyi ilə ünsiyyət yaratmaq bu gün Ermənistana hava-su kimi lazımdır:
“Əgər Ermənistanın baş naziri və digər rəsmiləri Azərbaycandan qaz almaq haqqında düşünürlərsə, deməli, ilk öncə Azərbaycan hökuməti ilə aralarında körpü yartmalıdırlar. Körpü yaratmağın bir vasitəsi də COP29 ola bilər. Yaşayarıq, görərik… Hesab edirəm ki, Nikol Paşinyan utanmadan, çəkinmədən İlham Əliyevin ayağına gələcək. Bu adam dünən dediyini bu gün tam təkzib edə bilirsə, ona qalib ölkəyə səfər etmək də o qədər çətin olmaz”.
- Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
- Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama
- Türkiyənin Rusiya və İranla “3-lü formatı” tarixə qovuşdu
- Azər Qasımlı barədə qərar verildi
- Gəncədəki partlayış səsləri ilə bağlı daha bir rəsmi açıqlama
- Statistika Şurasının yeni tərkibi təsdiqləndi
- ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi
- Seyfəli poliqonu ətrafındakı partlayışla bağlı müraciət