ABŞ-ın yeni prezidenti bütün dünyada Amerika pullarının səxavətlə xərcləndiyi maliyyələşdirmə və proqramların əsaslı şəkildə nəzərdən keçirilməsinə başlayacaq. Belə bir “təftiş” sözsüz ki, Ermənistana da təsir edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni siyasi strateq Armen Badalyan “Sputnik”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən QHT-lərin və müxtəlif “danışan başların” Trampın seçilməsindən “xüsusi ilham almaması”nın və seçki kampaniyası zamanı Kamala Harrisin fəal təbliğatını aparmalarının əsas səbəbi budur.
“Tramp – biznesmendir və ABŞ-ın ictimai sektora səxavətli yardımlarının nəyə xərcləndiyini “inventarlaşdırmağa” başlaya bilər. Bəli, biz başa düşürük ki, Ermənistan məsələsində bu xərclərin ümumi elan edilmiş məqsədi Rusiyadan uzaqlaşma, antirusiya əhval-ruhiyyəsinin yayılmasıdır. Ancaq bunu necə ölçmək olar? Növbəti dollar tranşının ayrılmasından sonra İrəvanın neçə sadə sakininin antirusiya əhval-ruhiyyəsinə bürünməsi Amerikanı maraqlandırmır. Trampa real nəticələr, məsələn, Ermənistanın postsovet məkanında inteqrasiya strukturlarını tərk edib-etmədiyi, hansı xarici və iqtisadi siyasəti yeritdiyi və s. maraqlıdır”, - Badalyan bildirib.
O qeyd edib ki, Trampın vəzifəsinin icrasına başladıqdan sonra Amerika hökumətində daha genişmiqyaslı ixtisarlar gözlənilir. Kadrların “təmizlənməsi” ilə yanaşı, Amerika büdcəsindən ayrılan vəsaitlərin müxtəlif layihə və ideyalara necə xərclənməsi ilə bağlı çox ciddi yoxlamalar və “auditlər” də gözləməliyik:
“Bu, digər məsələlərlə yanaşı, Ermənistana gələn Amerika qrantlarının azalmasına gətirib çıxaracaq”.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili