İstanbul hadisələri ilə Suriyadakı son baş verənlər bir-birinə bağlıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyi məlum olub:
“Operativ idarəetmə, təbliğat dəstəyi, o cümlədən səhnələşdirilmiş videoçarxların hazırlanması, atıcı silahların paylanması və sair. Bəlli olur ki, Rusiya nəzarətində olan iranyönlü proksi qüvvələr Suriyanın Aralıq dənizi sahilini nəzarətə götürmək niyyətində olublar. Cənubda onlarla eyni vaxtda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb. Ən əsası isə şimal-şərqdəki ərazilərdən paytaxt istiqamətində PKK-nın nəzarətində olan qüvvələrin hücumu başlayıb. Beləliklə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əhməd əş-Şara müvəqqəti hökumətini devirmək cəhdini həyata keçirdilər”.
T.Zülfüqarov bildirib ki, İstanbulda baş verənlər Ərdoğana təzyiqləri davam etdirmək cəhdidir:
“Hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi