Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub", - o qeyd edib.
A.Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini müstəqil həll etmək üçün kifayət qədər gücü var.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.
Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi