Erməni general Hindistan bazasında

12:39 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Erməni general Hindistan bazasında

General-mayor Aleksandr Tsakanyanın rəhbərlik etdiyi Ermənistan Silahlı Qüvvələrinin beş nəfərlik nümayəndə heyəti Hindistan Hərbi Hava Qüvvələrinin bazasına baş çəkib.

BUTA.TV xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti əməliyyat və texniki xidmət obyektlərinə baxış keçirib.

“Səfər Hindistan və Ermənistan arasında möhkəm müdafiə əlaqələrinin mövcudluğunu təsdiqləyib və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edib”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol