Rusiyalı siyasətçi Aleksey Navalnı gözlənilən mübadilədən xəbərdar olub və bununla razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” Rusiyadakı mənbəsinə istinadən məlumat yayıb.
Jurnalistlərin fikrincə, mübadilə fevralın ortalarında baş verməli idi, nəticədə VSJ-nin jurnalisti Evan Gerşkoviç də azad edilməli idi.
“Əvvəlcə planda yalnız Gerşkoviçin iştirakı ilə mübadilə nəzərdə tutulurdu və Abramoviç bunu Putinlə müzakirə etdi. Putin onu Krasikov ilə dəyişməyə hazır idi. Amma almanlar bunun qəti əleyhinə idilər, çünki bu, Amerikanın problemi idi. Navalnı plana daxil ediləndə almanlar razılaşdılar”, - mənbə “Röyters”ə bildirib.
Mənbələr bildirilib ki, mübadilə ilə bağlı danışıqlar son mərhələyə çatıbmış və artıq hər şey razılaşdırılıbmış.
Putinlə birbaşa danışıqları isə oliqarx Roman Abramoviç aparırmış.
Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölən Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla mübadiləsinin razılaşdırıldığı haqda bundan öncə də məlumat yayılmışdı.
- İlham Əliyev Tailand kralını təbrik etdi
- Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək
- Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi
- Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...
- Maaşlar 9,5%artdı: Pensiyalar nə qədər artırılacaq?
- Bakıda Azərbaycan-Gürcüstan Media Forumu başladı
- Bakıda mühüm konfrans keçirilir
- Nazirlik bu universiteti cərimələdi