Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq.
BUTA.TV xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub.
2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub.
2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra edib.
21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Seymur Orucov bundan öncə sabiq deputat, 2004-2014-cü illərdə İqtisad Universitetinin rektoru olmuş Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.
- Fidanla Rubionun görüşü öncəsi Paşinyanın zənginin səbəbi
- “Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı - VİDEO
- 13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
- Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi
- Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü
- Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?
- İradə İbrahimova: "Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"
- Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..