Ana müxalifətlə hakim partiya arasında siyasi ittifaq ola bilməz.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bütün səmimiyyətimizə baxmayaraq, ana müxalifətin bizim səylərimizə necə reaksiya verdiyini görürsünüz:
“Konstruktiv davranmağa çalışarkən CHP liderinin siyasəti necə gərginliyə sürükləməyə çalışdığını türk milləti izləyir. 22 ildir ki, bu yolu gah tək, gah da səmimi dostlarımızla gedirik. CHP-dən heç bir yaxşılıq görmədik. Hakim partiya olaraq heç nə itirmirik. Bu gün biz siyasi mənfəət güdmürük. CHP-nin gərginlik siyasətindən əl çəkməsini istəyirik. Qoy demokratiyamız da bundan faydalansın. Bu o demək deyil ki, Cümhur İttifaqına qarşı ədalətsizliyi qəbul edəcəyik. Ləyaqətli olmağımız o demək deyil ki, edilən əsəbsizliklərə göz yumacağıq. Ölkəmiz və millətimiz adına eyni hissləri paylaşdığımız MHP ilə çiyin-çiyinə yola davam edəcəyik”, - Ərdoğan bildirib.
- Mİ5 rəhbəri 11 sentyabrdan yazdı: Növbəti şok fərqli olacaq!
- Putin də getdi, Si isə 400 nəfərlə gəlir - Masada nələr var?
- Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - Video
- Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü - Video
- İsrail Dəməşqin qərbini atəşə tutdu
- Şimali Koreya Yapon dənizinə raket atdı
- Bu, Rusiya ilə müharibə deməkdir - Putin
- Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı