Ermənistan və Azərbaycan hələ də sülh yolu ilə nizamlanmaya hazır deyil və bu, əsas problem və maneələrdən biridir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Ekspert bildirib ki, Ermənistan uduzduğu üçün təslim olub, tolerantlıq nümayiş etdirir:
“Nikol Paşinyan qalibin vəziyyətinə düşsəydi, hər şey başqa cür olardı. Baş nazirin hələ müharibədən əvvəl, 2019-cu ildə Xankəndidə verdiyi “artsax Ermənistandır, nöqtə” rezonanslı bəyanatını xatırlaya bilərik. İndi isə Paşinyan başa düşür ki, siyasət mümkün olanın sənətidir və o, açıq-aydın Qarabağla maraqlanmır. Bu, Qarabağ münaqişəsi deyil, Ermənistan-Azərbaycan münaqişəsi olub və belə də qalır. Qarabağ problemin yalnız bir hissəsidir. Münaqişə dövlətlər və onların dövlət quruculuğu ətrafında cərəyan edir. Bu münaqişədə Türkiyənin varlığı mühüm faktor hesab edilməlidir. Ankaranın yanaşması bundan qaynaqlanır: Rusiya və Qərb yeni Soyuq müharibə apararkən, Türkiyənin bölgədə öz işi var. Bu, Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqədə özünü göstərir və Bakının regiondakı rolunu və əhəmiyyətini artırır. Türkiyə Ermənistanla münasibətləri mahiyyətcə öz şərtləri əsasında normallaşdırmağa çalışır. Bu amil regionda qüvvələr balansını qiymətləndirərkən də əhəmiyyətlidir”.
- Mirziyayev Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- Ərdoğandan qərar: Satışına qadağa qoydu!
- Hava kəskin dəyişir: Qar yağacaq - Xəbərdarlıq
- Qərargah rəisi intihar etdi - FOTO
- Ailələri bu cür dağıdırlar: “boşanma parti”si nə deməkdir?
- Sülh mətni razılaşdırılıb, bəs İrəvan niyə savaş hazırlığı görür?
- Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi
- ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib