ABŞ elan etdi ki, insan haqları, seçki, demokratikləşmə hər bir ölkənin, toplumun öz daxili işidir - əgər istənilən ölkənin cəmiyyəti, xalqı, vətəndaşları öz haqlarını qorumursa, demokratikləşmə istəmirsə, bunun üçün çalışmırsa, seçkiyə gəlmir və ədalətli nəticələr üçün mübarizə aparmırsa, ABŞ nədən bunu etməlidir?!
BUTA.TV xəbər verir ki, bu fikirləri siyasətçi Natiq Cəfərli səsləndirib.
“Maraqlı qərardır, izahı da budur ki, zatən ABŞ uzun illərdir, insan haqları, demokratiya, seçki məsələsini avtoritar ölkələrlə alver predmetinə çevirmişdi, təzyiq aləti kimi istifadə edirdi, indi buna ehtiyac yoxdur, daha effektiv təsir mexanizmləri var, bu “alverdən” gələn dividendlərə lüzum qalmayıb”, - o bildirib.
O vurğulayıb ki, bu, avtoritar ölkə liderlərinin əl-qolunu daha da aça bilər:
“Amma istənilən ölkədə dəyişiklikləri xalq istəməli, cəmiyyət tələb etməli, demokratiyaya vətəndaş mövqeyi ilə nail olunmalıdır. Yəni dəyişikliklər orqanik daxili “məhsul” kimi ortaya çıxmalıdır, xaricdən “idxal” olunan demokratiya işlək və dayanıqlı olmur, əksinə, istənilən xalqın üzərinə əlavə yük kimi düşür – çünki ABŞ-la “alverdə” avtoritar ölkələr elə xalqa çata biləcək paydan onlara “faiz” ayırır.
Daha bir fəlsəfi nəticə odur ki, demokratiya unversal “resept” deyilmiş, daxildə yetişmədən işləmir, kənardan “inyeksiya” ilə, “calağ” ilə böyümür”.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər