Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yükunlaşıb.
“BUTA.TV” xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Qeyd edək ki, səfər ikigünlük təşkil olunub.
- Fransada qatar relsdən çıxdı: 20 nəfər yaralandı
- Əgər Rusiya müharibəni bitirmək istəmirsə... - Zelenski
- Fidan səudiyyəli həmkarı ilə son hücumları müzakirə etdi
- Onlara 5 min dollar veriləcək - Tramp
- Zelenski Rusiyanı hədələdi: Bunu etsəniz...
- ABŞ-a hücum: MKİ 1998-ci ildə Klintonu xəbərdar edibmiş...
- Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
- İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır