Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdiyi Parisdə təşkil edilən kənd təsərrüfatı sərgisinin döyüş meydanına çevrildiyi üzə çıxıb.
BUTA.TV xəbər verir ki, fermerlərin polis səddini keçərək Makronun da iştirak etdiyi sərginin keçirildiyi məkana daxil olması gərginliyi artırıb.
Makronun görüş və danışıq təklifini qəbul etməyən fermerlər prezidenti fitə basıblar və ona tərəf gəliblər.
Mühafizəçilər fermerlərin yolunu kəssə də, qüvvələr qeyri-bərabər olduğundan, səhnə daha da dramatikləşib. Fermerlər həm jandarmalara, həm də məmurlara yumurta atıblar.
Makron isə məkandan təcili olaraq təxliyə edilib. Makron salondan elə qaçaraq çıxıb ki, hətta çaşmış cangüdənləri ona çatmaqda çətinlik çəkib.
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır
- 1662-ci gün: Rusiyanın itkiləri yeniləndi
- “Bu, Rusiya ilə müharibə deməkdir”
- Nepalda ölənlərin sayı artdı
- İsrail və Livan arasındakı Roma görüşü təxirə salındı
- “Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video