Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya

09:09 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya

İraq hökuməti Səudiyyə Ərəbistanı ərazisindəki obyektə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatla çıxış edib.

BUTA.TV xəbər verir ki, Nazirlər Kabinetində krallığın təhlükəsizliyini təhlükə altına ala biləcək və ya iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə zərər vura biləcək hər hansı təcavüz aktının qəbuledilməzliyi vurğulanıb.

İraqın Baş naziri Əli əz-Zeydi dərhal hücumun təfərrüatlarını araşdırmaq, təşkilatçıları müəyyən etmək və iştirakı olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş verib.

Bildirilib ki, İraq və onun dost dövlətlərlə əlaqələri üçün təhlükə yaradan addımlara "göz yumulmayacaq".

İraq tərəfi həmçinin Ər-Riyada konstruktiv reaksiyaya və təmkinə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi onun regionda sabitliyi və təhlükəsizliyi dəstəkləmək istəyini təsdiqləyir.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, ölkə ərazisindəki "Şərq-Qərb" neft kəməri İraqdan buraxılan dronların hücumuna məruz qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol