Rus deputat Ukraynanı hədələdi: O gün uzaqda deyil

09:18 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Rus deputat Ukraynanı hədələdi: O gün uzaqda deyil

Ukrayna yeni “Oreşnik” zərbəsi endirilə bilər.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib.

Kolesnik iddia edib ki, belə bir zərbə “Ukraynanın dinc əhaliyə qarşı terror hücumlarına cavab” olacaq. O, Soçiyə edilən hücumu da xatırladaraq bildirib ki, Ukrayna Müdafiə Qüvvələri bu hücumda dronlardan deyil, pilotsuz qayıqlardan istifadə edib.

“Bu, açıq şəkildə terror aktıdır. Ona görə də düşünürəm ki, Ukrayna tərəfinin “Oreşnik”in nə olduğunu hiss edəcəyi gün uzaqda deyil”, – deyə o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol