Ötən gün axşam saatlarında Rusiyanın Amur vilayətinin Blaqoveşensk-Qomelevka avtomobil yolunun 41-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə regional Daxili İşlər İdarəsi məlumat yayıb.
"İnfiniti"nin sürücüsü qarşı hərəkət zolağına çıxaraq "Toyota Corona Premio" ilə toqquşub, zərbədən sonra birinci nəqliyyat vasitəsi alışıb.
Nəticədə 4 nəfər (hər iki avtomobilin sürücü və sərnişinləri) aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. Xəsarətlər alan iki sərnişin xəstəxanaya çatdırılsa da, onlar da orada dünyasını dəyişiblər.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır
- 1662-ci gün: Rusiyanın itkiləri yeniləndi
- “Bu, Rusiya ilə müharibə deməkdir”
- Nepalda ölənlərin sayı artdı
- İsrail və Livan arasındakı Roma görüşü təxirə salındı
- “Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video