Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.
“BUTA.TV” xəbər verir ki, “APA TV”yə danışan sənətkarın sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi ona söz veriləcəyini ümid edib, lakin bu belə olmayıb.
“Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, - Xalq artisti deyib.
Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub.
Daha ətraflı videoda:
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi
- Cinayət işi: Kozinoğlunun məzarı açılır
- 1662-ci gün: Rusiyanın itkiləri yeniləndi
- “Bu, Rusiya ilə müharibə deməkdir”
- Nepalda ölənlərin sayı artdı
- İsrail və Livan arasındakı Roma görüşü təxirə salındı
- “Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video