Paşinyanla Brüsseldə “iqtisadi gündəm”in hərbi hədəfi

21:34 - 3 Aprel 2024 - GÜNDƏM

 Paşinyanla Brüsseldə “iqtisadi gündəm”in hərbi hədəfi

Vaşinqton Ermənistan-AB-ABŞ formatında keçiriləcək Brüssel görüşünün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan edib. Bu, görüşlə bağlı digər tərəflərin, xüsusilə rəsmi Bakının mövqeyinə cavab xarakteri daşıyır.

“İqtisadi gündəm”in iki tərəfi var: bu, həm diqqəti əsas hədəfdən yayındırmaq, həm də əsas hədəfə çatmaq məqsədidir.

Görüşün birbaşa Ermənistanın “ticarət əlaqələrini şaxələndirmək” məqsədi daşımadığı bəllidir.

Birincisi, görüş Paşinyan, Ursula fon der Leyen və Blinken arasında keçirilir: məsələ sırf iqtisadiyyatla bağlı olsaydı, siyasətçilər yox, bu sahənin nümayəndələri müzakirə aparmalıydı;

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

İkincisi, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da “görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıdığını” açıqlamışdı;

Qərbin – ABŞ və AB-nin əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Lakin Ermənistanın siyasi və hərbi müstəvidə alternativi olsa da, iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistan iqtisadi alternativ tapmadığı müddətdə təhlükəsizlik vektorunu – rus hərbçilərin ölkədən çıxarılması, KTMT-dən çıxmaq və s. – dəyişməkdə tərəddüd edir. Brüssel görüşünün “iqtisadi gündəmi” də Ermənistana belə bir alternativin yaradılmasına hesablanıb. Və iqtisadi dəstəyə paralel olaraq, siyasi və hərbi yardımlar da davam edəcək.

Qərb iqtisadi yardımı təmin edəcəyi təqdirdə Ermənistan Rusiyaya qarşı indiyə qədər daha çox ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə atmağa başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol